kriminal.az
Təyyarə qəzasında həlak olan Balakən sakininin nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, bu Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.

O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.

Top
0.043787002563477