Prezident İlham Əliyev Tahir Yaqub oğlu Budaqovu "Şöhrət" ordeni ilə təltif edib.
Oxu. Az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident sərəncam imzalayıb.
Sərəncama əsasən, Tahir Budaqov Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sabah Tahir Budaqovun 60 yaşı tamam olur.