Cəlilabadda bədbəxt hadisə baş verib.
Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.