Azərbaycanda 2025-ci ilin ilk körpəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da dünyaya gəlib.
Kriminal.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.
38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti stabildir.