kriminal.az
Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir

Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Nərgiz Sultanova məlumat yayıb.

O bildirib ki, övladları serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkirlər:

"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliklərindən əziyyət çəkirlər. Sahib ötən həftələrdə sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu. İndi vəziyyəti stabildir. Fatimə illərdir bir dərmanla ayaqda qalır. Serebral iflic uşağı olanlar bilir ki, bu uşaqlar üçün bir dənə bahalı dərman var, qiyməti 500 manatdır. Hazırda Fatiməyə onu almalıyıq"

Nərgiz Sultanova övladlarının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:

"Mən iki dəfə ağır əməliyyat keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa, inanın, gücüm çatmır. Uşaqların pensiyası ilə bir təhər dolanırıq. Üç ağır xəstəliyi olan uşaqla yaşamaq çox çətindir. Hazırda Sahibi yenidən müayinəyə aparmalı, qızım üçün isə dərman almalıyıq, yəni ümumən 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 302-95-48.

Kapital Bank: 4169 7388 8539 5032.

Top
0.04636812210083