kriminal.az
Bakıda ağır qəza: Avtomobili əvvəl üç maşına, sonra polis bölməsinin divarına çırpdı

Bu gün paytaxtın Yeni Günəşli qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Şahidlərin dediyinə görə, hadisəni "rent-a-car" şirkətindən icarəyə götürülmüş avtomobili idarə edən 17 yaşlı yeniyetmə törədib.

O, "Hyundai" markalı 77-MJ-327 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərək əvvəlcə həyətdə park edilmiş bir neçə avtomobilə, daha sonra isə yaxınlıqdakı polis bölməsinin divarına çırpılıb.

Qəza nəticəsində park olunmuş KIA, "Mercedes" və "Hyundai" markalı avtomobillər ciddi zərər görüb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Kriminal.Az-a açıqlamasında bildirib ki, hadisəyə səbəb kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Əzizə İsmayılova

Top
0.04544997215271