kriminal.az
Naxçıvanda ilin ilk körpələri əkiz olublar

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

Kriminal.Az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulublar.

Belə ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 1:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Aytac Tahir qızı Seyidova əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Top
0.048647165298462