kriminal.az
Prezident İlham Əliyev monteneqrolu həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu ünvanlayıb.

Kriminal.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, ötən gecə Monteneqronun Çetinye şəhərində silahlı şəxs kafelərin birində atəş açıb, nəticədə ikisi azyaşlı olmaqla, azı 10 nəfər həlak olub. Monteneqro hökuməti yanvarın 2, 3 və 4-nü matəm günləri elan etmək qərarına gəlib.

Top
0.044774055480957