kriminal.az
İngiltərə Premyer Liqasında 2020-ci ildən bu yana ən yaxşı 11-lik

İngiltərə Premyer Liqasında 2020-24-cü illərin ən yaxşı 11-liyi müəyyənləşib.

Kriminal.Az "Goal"a istinadən xəbər verir ki, beşillik dövrü əhatə edən komanda 4-3-3 sxemi ilə tərtib olunub.

"Mançester Siti"nin altı, "Liverpul"un dörd oyunçusu 11-likdə yer alıb. "Tottenhem" isə komandada bir futbolçu ilə təmsil olunub.

Qapıçı: Alisson Beker ("Liverpul");

Müdafiəçilər: Kayl Uoker, Ruben Diaş (hər ikisi "Mançester Siti"), Vircil van Deyk, Endryu Robertson (hər ikisi "Liverpul");

Yarımmüdafiəçilər: Rodri, Bernardu Silva, Kevin de Brüyne (hamısı "Mançester Siti");

Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Son Hın Min ("Tottenhem"), Erlinq Holand ("Mançester Siti").

Top
0.04210901260376