Bir müddətdir ki, söküntüsü həyata keçirilən Saray körpüsü sakinləri narazı salıb. Buna səbəb tikinti işlərinin olduqca ləng həyata keçirilməsidir.
Kriminal.Az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, söküntü işləri başa çatıb. Hazırda tikinti işləri üçün ərazi hazır vəziyyətə gətirilir. Ancaq proses olduqca zəif həyata keçirilir.
Təmir-tikinti səbəbindən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Sakinlərin yolu dəyişdirilib. Bu səbəbdən körpü ətrafından istifadə edən sakinlər alternativ yolun olmamasından şikayətlənirlər.
Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə söküntü işləri yekunlaşıb və hazırda betonlanma prosesi həyata keçirilir. Bunun üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub. Sürücülərin və piyadaların hərəkəti nəzərə alınmaqla Saray körpüsünün qısa vaxt ərzində tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Ətraflı süjetdə: