Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:
"Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bununla bağlı olaraq, Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır", - məlumatda deyilir.
Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.