15 yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Xəyalə Sadıxova məlumat verib.
O bildirib ki, övladının təcili əməliyyata ehtiyacı var:
"Zəhranın 15 yaşı var, artıq altı ildir onun yumurtalıqlarında problem var. İki il bundan əvvəl onun sağ yumurtalığı çıxarılıb. Əməliyyatdan sonra onun səhhətinin yaxşılaşacağını düşünsək də, heç nə düşündüyümüz kimi olmadı. Bir neçə ay əvvəl isə onun sol yumurtalığını məcbur çıxarmalı olduq. Zəhranın son əməliyyatı sizin izləyicilərin dəstəyi ilə həyata keçirilib. Demək olar ki, sizin izləyicilərin sayəsində mənim balam həyatdadır".
Xəyalə Sadıxova övladına yalnız baxdığını deyib:
"Mənim Zəhradan başqa bir oğlum da var, o, hazırda əsgərlikdədir. Övladlarımın atası bir neçə il öncə həbsə düşüb. İllərdir iki övladıma da yalnız baxıram. İnanın, səhər saat 5-6-da çıxıb küçə süpürməyə, axşam tərəfi isə marketlərin birinə xadiməlik etməyə gedirəm. Nə evim, nə dəyərli bir əşyam yoxdur ki, satıb balamın müalicəsinə xərcləyim. Özüm qardaşımın həyətində balaca bir daxmada qalıram. Zəhranın heç vaxt ana olmayacağını bilirəm, onun sadəcə yaşamağını istəyirəm. Hazırda Zəhranın müalicəyə ehtiyacı var. Əməliyyatdan sonra bunu borc-xərclə bir təhər davam etdirmişəm. Hazırda dərmanlarını almaq üçün isə 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 371-37-62.
Kapital Bank: 4169 7388 7490 3549.