kriminal.az
TƏBİB:

"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur".

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumatda deyilib.

Bildirilib ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur.

"Qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi respirator virus infeksiyalarının yayılması ilə bağlı əhaliyə edib.

Aləmdə Nəsib

Top
0.045428037643433