kriminal.az
Bakıda lift qəzası: Nəqliyyat vasitələrinə dəymiş zərər necə qarşılanacaq?

Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində liftin qırılması nəticəsində ərazidəki nəqliyyat vasitələrinə . Bu, həmin nəqliyyat vasitələrinə dəymiş ziyanın necə qarşılanacağı ilə bağlı məsələni gündəmə gətirib.

Mövzu ilə bağlı Kriminal.Az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, bədbəxt hadisələr zamanı nəqliyyat vasitələrinə dəymiş ziyanın ödənilməsi üçün müxtəlif ödəmə metodları var:

"Nəqliyyat vasitələrinə dəymiş ziyanın ödənilməsi həm icbari, həm də kasko sığorta ilə qarşılana bilər. Nəqliyyat vasitəsinin icbari sığortası olduğu zaman qarşı tərəfə dəymiş ziyanın ödənilməsi təmin edilir. Eyni zamanda, nəqliyyat vasitəsinin kasko sığortası olduğu halda avtomobil sahibinə dəymiş maddi ziyanın ödənilməsi heç bir problem olmadan təmin edilir".

Ekspertin sözlərinə görə, əgər nəqliyyat vasitəsinin kasko sığortası olmasa, bu zaman dəymiş ziyanın ödənilməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər:

"Nəqliyyat vasitəsinin kasko sığortası olmadığı halda məsələ hüquqi müstəviyə daşınaraq məhkəmə yolu ilə həll edilir".

Sığorta eksperti Emil Ağabağırov da bildirib ki, bu kimi hallarda həmin tikilinin müvafiq məsuliyyət sığortası varsa, qarşı tərəfin əmlakı, yəni avtomobil üzrə sığorta həyata keçirilə bilər. Ekspertin sözlərinə görə, avtomobilin kasko sığortası varsa, dəymiş zərər sığorta şəhadətnaməsi üzrə ödənilir.

"Əgər heç bir sığorta yoxdursa, o zaman sığorta şirkətləri tərəfindən hansısa ödənişin həyata keçirilməsi mümkün deyil", - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Bakıda Süleyman Tağızadə küçəsində liftin qırılması nəticəsində moped və avtomobilin zərər görməsi barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Aləmdə Nəsib

Top
0.047048091888428