kriminal.az
YAP-dan MSK-ya əyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib

Yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyasından (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Kriminal.Az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında məlumat verilib.

MSK-nın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Məhəmməd Yusif oğlu Məhərrəmov YAP-ın məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.

Aləmdə Nəsib

Top
0.045933961868286