"Bakı Poladəritmə Zavodunun atmosferə buraxdığı tüstü ilə bağlı monitorinq-ölçmə işləri həyata keçirilir".
Bu məlumatı Kriminal.Az-a açıqlamasında 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev verib.
"Əldə olunmuş nəticələrə uyğun olaraq qanunamüvafiq tədbir görüləcək", - deyə Q.Ağaev vurğulayıb.
Qeyd edək ki, ötən gün sözügedən zavodun atmosferə buraxdığı ilə bağlı vətəndaş şikayətini işıqlandırmışdıq.
Əzizə İsmayılova