kriminal.az

Bakı şəhəri, Xətai rayonunun sakinləri istilik verilişində yaranan fasilədən şikayətçidirlər.

Kriminal.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən ərazidə 4 gündən çoxdur istilik verilmir.

"Hər il eyni şey yaşanır. Dekabr ayında da istilik verilişi dayandırılmışdı. Artıq bu ay da 4 gündən çoxdur istilik yoxdur. Göstərilməyən xidmətə görə, ödəniş tələb olunur. İstiliyin qiyməti qaldırılıb, amma "Azəristiliktəchizat"ın xidmətinin keyfiyyəti daha da pisləşib", - deyə sakinlər durumdan gileyləniblər.

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə xətdə problem yaşanıb:

"Ərazidə xətdəki problemin aradan qaldırılması üçün təmir işləri görülür. Ən qısa vaxtda problem həll ediləcək".

Aygün Mirakif

Top
0.055562019348145