kriminal.az
Doqquz yaşlı Mələyin təcili dəstəyə ehtiyacı var: Vəziyyəti ağırdır

Doqquz yaşlı Mələyin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Mirvari Turabova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir:

"Mələyin doqquz yaşı var, o, anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, onu müalicələrlə həyatda saxlamışıq. Həkimlər Mələyin 2 yaşına qədər spina-bifida ləğvi əməliyyatı keçirməli olduğunu desələr də, imkanımız olmadığına görə illərdir bu əməliyyat qaldı. Sizin saytın izləyicilərinin dəstəyi ilə Mələk ötən ayın 19-da həmin əməliyyatı keçirdi".

Gənc ana hazırda Mələyin dəstəyə ehtiyacı olduğunu deyib:

"Biz Qubada yaşayırıq, Mələkdən başqa bir övladım da var. Yoldaşım avtoyuma məntəqəsində işləyir, mən isə övladlarıma görə işləyə bilmirəm. Həkimlər Mələyin təcili müalicələrini davam etdirib, ardınca yenidən bir dəfə də əməliyyata alınmalı olduğunu deyirlər. İkinci əməliyyat üçün bizim 2 000 manata ehtiyacımız var. Mələk həyat dolu uşaqdır, küçəyə çıxıb yaşıdları ilə oynamaq istəyir. Amma səhhəti ilə bağlı gəzə bilmir, otura bilmir. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 325-38-70.

Kapital Bank: 4169 7388 2519 9098.

Top
0.044910907745361