Üçqat dünya sleklayn çempionu Yaan Ruz Dubayda məşhur "D" ("Əmirlik qüllələri") göydələnləri arasında inanılmaz bir tryuk həyata keçirib. O, yerdən 224 metr hündürlükdə 100 metr məsafəni irəli və geri qət edib.
Kriminal.Az-ın verdiyi məlumata görə, estoniyalı akrobat bununla bağlı görüntüləri özünün sosial şəbəkə hesabında paylaşıb.
İdmançının sözlərinə görə, fənd Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında 11-13 yanvar tarixlərində keçirilən üçüncü "Bir milyard izləyici Sammiti"nə həsr olunub.
Xatırladaq ki, Yaan Ruz ötən ilin sentyabrında Asiyadan Avropaya keçib. Həmin vaxt yerdən 165 metr hündürlükdə olan kanatın uzunluğu təxminən 1.1 min metr olub. İdmançı Asiyadan keçidi saat 18:00-da başlayıb və məsafəni 47 dəqiqəyə qət edib. Keçiddən sonra Ruz Bosforu "slecklayn üçün unikal məkan" adlandırıb və tarixə düşdüyü üçün xoşbəxt olduğunu etiraf edib.