“Avropa İttifaqı 600 milyard dollarlıq investisiya vədlərini yerinə yetirməsə, təşkilata 35 faiz tarif tətbiq ediləcək”.
“Kriminal.az ” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC kanalına müsahibəsində deyib.
Avropa İttifaqı investisiya vədinə əməl etmədiyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala Tramp belə cavab verib:
“O zaman 35% tarifləri ödəyəcəklər. Onlar öz tariflərini satın aldılar. 600 milyard dollarlıq investisiya vədindən sonra mən onların tariflərini otuz faizdən on beş faizə endirdim”, - deyə Tramp bildirib.