kriminal.az
ABŞ-də yeni terror aktları - Federal Təhqiqatlar Bürosu xəbərdarlıq etdi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni Orleandakı faciəyə bənzər yeni terror aktlarının törədilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə qurumun bəyanatında məlumat verilib.

"Biz ictimaiyyətdən potensial hücumlara qarşı ayıq-sayıq qalmağı və hər hansı şübhəli fəaliyyət barədə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik", - deyə sənəddə bildirilib.

FTB-nin məlumatına görə, ekstremist ideologiyaya malik şəxslərin avtomobillərdən istifadə edərək terror aktı törətmələri ehtimalı var.

Xatırladaq ki, Yeni il gecəsi Nyu-Orlean şəhərinin mərkəzindəki Burbon-strit küçəsində təxminən gecə saat 3 radələrində avtomobil izdihamın üzərinə doğru hərəkət edib. Cinayətkar polis əməkdaşlarına atəş açmağa başlayıb və cavab atəşi ilə məhv edilib. Son məlumatlara görə, hadisə zamanı 30-dan çox insan xəsarət alıb. On nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Yeni il ərəfəsində şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, bu, baş verən terror aktının qarşısını ala bilməyib.

Top
0.04613184928894