kriminal.az
Elektromobillər üçün avtomatik enerjidoldurma stansiyaları: Çindən innovativ yenilik

Çində elektromobil sahiblərinə maşından çıxmadan nəqliyyat vasitələrini doldurmağa imkan verəcək ixtira təqdim olunub. Belə ki, Çinin texnologiya nəhəngi "Huawei" elektromobil sənayesində robot qollu innovativ enerjidoldurma stansiyalarını təqdim edib.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "CarNewsChina" xəbər yayıb.

Bildirilir ki, bu inqilabi enerji doldurma stansiyalarının kütləvi istehsalı artıq 2025-ci ildə başlaya bilər. Enerjidoldurma cihazının BYD, "XPeng", "Li Auto", AITO, JAC və "Great Wall" kimi məşhur markaların avtomobilləri ilə uyğun olacağı gözlənilir.

Yeni texnologiyanın əsas xüsusiyyətlərindən biri sürücünün xüsusi tətbiq vasitəsilə enerjidoldurma yerini seçmək imkanıdır. Bundan sonra avtopilotla təchiz edilmiş avtomobil müstəqil şəkildə enerjidoldurma stansiyasına çatacaq, park edəcək və robot qolu vasitəsilə doldurulacaq.

Daha əvvəl Çində elektromobillər üçün batareya dəyişdirmə stansiyaları təqdim edilmişdi. Layihənin təşəbbüskarı batareya istehsalçısı CATL olub. Şirkətin bəyanatlarına görə, belə stansiyalarda batareyanın dəyişdirilməsi təxminən 100 saniyə çəkəcək və hər stansiya gündəlik 822 maşına xidmət göstərə biləcək.

Top
0.042927980422974