"Neftçi" klubunun sabiq müdafiəçisi İqor Mitreski Makedoniya millisində direktor vəzifəsinə təyin edilib.
Kriminal.Az xəbər verir ki, Makedoniya Futbol Federasiyası Mitreskini ölkənin gənclərdən ibarət (U-21) komandasına yeni direktor təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Bakının "Zirə"sindən ayrılan daha bir makedoniyalı Borce Xristovun Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsini aldığı məlum olmuşdu.