"AI in Energy" təşəbbüsü süni intellekt əsaslı həllər vasitəsilə həm Azərbaycanda, həm də dünya miqyasında şəhər enerjisinin idarə edilməsini yaxşılaşdırmağa imkan verəcək".
Kriminal.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) "Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024" adlı hesabatında qeyd olunub.
Hesabatda fikirləri yer alan İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, pilot layihə WEF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir: "Layihə süni intellektin energetika sahəsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək".
O əlavə edib ki, layihənin müsbət və uğurlu nəticələri digər ölkələr üçün model olacaq.
Hesabatda qeyd olunub ki, layihə Azərbaycanın enerji sistemlərinə süni intelektin inteqrasiyası imkanlarını, xüsusilə şəhər şəraitində dayanıqlılığın və enerji səmərəliliyinin artırılması məqsədilə öyrənməyə yönəlib: "Bu təşəbbüs çərçivəsində hədəflərə nail olmaq üçün əsas maraqlı tərəflərlə ətraflı müsahibələr aparılır. Bu addımlar enerji resurslarının idarə edilməsinin mövcud sistemindəki boşluqların, çağırışların və imkanların müəyyənləşdirilməsinə yönəlib".