Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 449.1 milyon manat təşkil edib.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9.6% azdır.
Ölkədə problemli kreditlərin məbləği son bir ildə 2.6% artıb.
Yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.5% təşkil edib. Bu nisbət dekabrın 1-nə 1.7%, ötən il yanvarın 1-nə isə 1.8% olub.