"İran və Türkiyə sərhədlərində erməni və rusiyalı sərhədçilərin birgə xidməti tərəflərin siyasi iradəsi olduğu müddətcə davam edəcək".
Kriminal.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.
"Ölkə öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Lakin bu o demək deyil ki, bunu başqalarının köməyi ilə etmək olmaz. İran və Türkiyə sərhədləri ilə bağlı biz müəyyən birgə xidmət həyata keçiririk. "Zvartnots" hava limanında biz 100% müstəqil xidmət göstəririk, Rusiya tərəfinə köməyə görə minnətdarıq. Ermənistan-İran sərhəd-keçid məntəqəsində biz 100% özümüz xidmət göstəririk. Sərhəd qoşunlarımız İranla sərhəddə xidmətə başlayıb. Bu, tərəflərin siyasi iradəsi məsələsidir. Bu siyasi iradə əməkdaşlıq etmək üçün olduğu müddətcə əməkdaşlıq edəcəyik. Gələcəkdə birgə xidmətin genişləndirilməsini istisna etmirəm", - deyə hökumət başçısı bildirib.
2024-cü ilin oktyabrında Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra İrəvanda bildirilib ki, əldə edilmiş razılaşmaya əsasən, erməni sərhədçilər yanvarın 1-dən rusiyalı həmkarları ilə birlikdə respublikanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində iştirak edəcəklər.