Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
Kriminal.Az xəbər verir ki, günün ilk görüşündə "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
"Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Günün digər görüşündə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da çalınacaq.
Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, 21 xalı olan "Sumqayıt" isə altıncı yerdə qərarlaşıblar.
Misli Premyer Liqası
III dövrə, XXI tur
1 fevral
16:00. "Turan Tovuz" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu.
18:30. "Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.