32 yaşlı hücumçu Neymar yetirməsi olduğu "Santos"un futbolçusu kimi təqdimatı zamanı göz yaşlarını saxlaya bilməyib.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda braziliyalı futbolçunun təqdimatında stadionun tam dolu olduğu və azarkeşlərin onun adını səsləndirdikləri görünür.
Neymar "Santos"un böyüklər komandasında 2009-13-cü illərdə çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol və 64 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, Neymarın bazar dəyəri 15 milyon avrodur.