Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.
Kriminal.Az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar MSK-ya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
İclasda 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 56 saylı Şabran-Xaçmaz, 67 saylı Sabirabad seçki dairələrində səsvermə günü həmin dairələrin məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı daxil olan iddialara baxılıb.
Müraciətlər Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, araşdırılması üçün həmin dairələrin seçki komissiyalarına göndərilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, seçkinin nəticələri ilə bağlı komissiyaya 16 şikayət daxil olub.
Xatırladaq ki, seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Mərahim Nəsib