Cənubi Atlantikada təxminən 80 kvadrat kilometr sahəsi olan buz parçası planetin ən böyük aysberqi A23a-dan qopub.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) Mətbuat Xidməti məlumat yayıb.
"Nəhəng aysberq A23a hazırda Şotlandiya dənizində, Cənubi Corciya adasından 340 km uzaqlıqdadır. Qopan buz parçası aysberqin təxminən 2%-ni təşkil edir. Beləliklə, 2023-cü ilin noyabr ayından bəri aysberqin sahəsi demək olar ki, 11% azalıb", - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Argentinada da turistlər iri aysberqin çevrilməsini .