PSJ-nin 29 yaşlı vingeri Marko Asensio Fransa klubundan İngiltərənin "Aston Villa" komandasına keçir.
Kriminal.Az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, PSJ və "Aston Villa" 6 aylıq icarə ilə bağlı tam razılığa gəliblər. Qeyd olunur ki, ispaniyalı futbolçu tibbi müayinədən keçmək üçün bu gün, fevralın 2-də İngiltərəyə uçacaq.
Xatırdaq ki, Asensio PSJ ilə 2023-cü ilin yayında müqavilə imzalayıb. Bu mövsüm hücumçu bütün turnirlərdə 16 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.