kriminal.az
Almaniyadan Türkiyə üçün mühüm viza qərarı

Almaniya hökuməti Türkiyə vətəndaşları üçün viza prosedurlarında dəyişiklik etmək qərarına gəlib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, son dövrlərdə şengen vizasının əldə edilməsində yaşanan çətinliklər fonunda rəsmi Berlin bir sıra kateqoriyalardan olan şəxslər üçün viza prosedurlarını asanlaşdırıb.

Bundan sonra Almaniyada keçirilən hər hansı bir sərgidə iştirak edəcək iş adamları, vəfat etmiş şəxsin dəfninə qatılacaq qohumları, müalicə üçün ölkə xəstəxanalarına üz tutanlar diplomatik nümayəndəlikdə görüş olmadan birbaşa onlayn sistem vasitəsilə şengen vizası ala biləcəklər.

Daha ətraflı "Haber Global"ın videomaterialında:

Almaniyadan Türkiyə üçün mühüm viza qərarı

Top
0.055186033248901