kriminal.az
USAID-in Vaşinqtondakı baş qərargahı bağlandı

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş ofisi ölkə administrasiyasının qərarı ilə bağlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Telekanal xəbər verir ki, agentliyin loqosu Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən qərargahının önündən çıxarılıb.

Xatırladaq ki, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) bazar ertəsi USAID-in fəaliyyətini dayandırdığını bildirib.

İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.

Kriminal.Az xəbər verir ki, İ.Mask bu barədə özünün "X" səhifəsində yayımlanan videoda qeyd edib.

"Biz USAID-in ləğvi prosesindəyik", - deyə İ.Mask qeyd edib.

İ.Maskın sözlərinə görə, artıq USAID-in fəaliyyətini bərpa etmək mümkün deyil.

"Bu alma artıq qurdlu da deyil, o, sadəcə bir parça qurddur... Alma olmadığı üçün o, birdəfəlik atılmalıdır", - deyə İ.Mask qeyd edib.

Top
0.047074794769287