ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu tədarüklərin həftəsonu bərpa edildiyi bildirilir.
Qeyd olunur ki, hazırda ABŞ administrasiyası daxilində Ukraynaya veriləcək silahların həcmi ilə bağlı mübahisələr var.