Honkonqda populyar "Mark Six" lotereyasının tarixində ən böyük uduş qeydə alınıb.
Kriminal.Az-ın "South China Morning" qəzetinə istinadən verdiyi xəbərə görə, uduş lotereyanın Ay təqvimi üzrə İlan ilinin gəlişinə həsr olunmuş buraxılışında qeydə alınıb.
Uduşun qalibi 193 762 620 Honkonq dolları (təqribən 25 milyon ABŞ dolları) qazanıb. Lotereyanın qaydalarına əsasən, 49 nömrədən altısını tapmaq lazımdır. Çıxan nömrələr 14,18, 30, 36, 40 və 42 olub.
Tarixi uduşun qalibinin kim olduğu barədə məlumat verilmir.