kriminal.az
Çinli kişinin təhlükəli evlilik təklifi

Çinli kişi sevgilisinə orijinal evlilik təklifi etmək qərarına gəlib.

Kriminal.Az SCMP agentliyinə istinadən xəbər verir ki, hadisə Quanan şəhərində baş verib.

Belə ki, kişi piroqun içinə qızıl üzük qoyub, lakin sevgilisinin dərhal piroqu yeməyə başlaması planları pozub.

Xoşbəxtlikdən qadın zamanında üzüyün ağız boşluğunda olduğunu hiss edib.

Baş verən hadisəni xoş bir təsadüf kimi qiymətləndirən qadın həyatını onunla birləşdirmək istəyən kişiyə "hə" cavabını verib.

"Bu, heç vaxt unuda bilməyəcəyimiz bir xatirə olacaq, amma digərləri bilməlidirlər ki, belə formada evlilik təklifi etmək bir az risklidir. Ümid edirəm ki, başqaları bizim hekayəmizi təkrarlamayacaqlar", - deyə kişi bildirib.

Top
0.047681093215942