"Neftçi" Rumıniyanın FKSB klubununun hücumçusu Daniel Popanın transferi ilə bağlı razılığa gələ bilməyib.
Kriminal.Az Rumıniyanın "Prosport" nəşrinə istinadən xəbər verir ki, tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər və bu səbəbdən transfer baş tutmayıb.
Qeyd edək ki, 29 yaşlı hücumçunun Qazaxıstanın "Aktobe" klubu ilə bütün detallarda razılığa gəldiyi bildirilir.