"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu dünyanın hansı klubunun ən böyük olduğu haqda fikirlərini bölüşüb.
Kriminal.Az xəbər verir ki, Ronaldu daha əvvəl oynadığı "Real Madrid" klubunu dünyanın ən güclü klubu adlandırıb.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində portuqaliyalı 438 rəsmi oyun keçirib, bu oyunlarda 450 qol vurub və komanda yoldaşlarına 131 məhsuldar ötürmə edib.
Xatırladaq ki, K.Ronaldu vurduğu qolların sayına görə dünya rekorduna sahibdir. O, bu vaxta kimi rəqib qapısına 923 dəfə yol tapmağı bacarıb.