Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalara dəyişiklik olunur.
Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Üzümçülük və şərabçılıq haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsisçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz.