İspaniya Kral Kubokunda 1/4 finalın ilk oyunu baş tutub.
Kriminal.Az xəbər verir ki, Madriddə yerli "Atletiko" "Xetafe"ni qəbul edib.
Meydan sahibləri qonaqları darmadağın etməklə yarımfinala yüksəliblər - 5:0. Simeone dubla imza atıb.
Qeyd edək ki, digər cütlüklərdə yarımfinal uğrunda "Leqanes" - "Real Madrid", "Real Sosyedad" - "Osasuna", "Valensiya" - "Barselona" matçları baş tutacaq. Oyunlar 5-7 fevral tarixlərində oynanılacaq.