kriminal.az

Dünya okeanının səviyyəsi dinamik dəyişikliklər səbəbindən 2300-cü ilə kimi on metrə qədər yüksələ bilər.

Kriminal.Az xəbər verir ki, bu barədə Darem Universitetinin dosenti Tom Çadli məlumat yayıb.

O qeyd edib ki, 2016-cı ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Qrenlandiyanın buz təbəqəsi gözlənildiyindən daha tez çat verməyə başlayıb, əvvəl olan çatların həcmi isə artıb:

"Səbəblər arasında isti hava nəticəsində buzlaqların sürətlə əriməsi və okean temperaturunun yüksəlməsi göstərilir".

"Buna görə də alimlər dəniz səviyyəsinin qalxmasını proqnozlaşdırmalıdırlar ki, buna uyğunlaşmaq mümkün olsun" - deyə britaniyalı alim vurğulayıb.

Top
0.058913946151733