Albaniyanın "Eqnatiya" klubunun və Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin karyerasını Belçikada davam etdirmək imkanı olub.
Kriminal.Az Sport24.az-a istinadən xəbər verir ki, ikinci liqada çıxış edən "Eupen" 23 yaşlı müdafiəçini icarəyə götürmək istəyib.
Oyunçunun viza məsələsini həll edə bilmədikləri üçün keçid baş tutmayıb.
Qeyd edək ki, Zamiq Əliyev ötən ildən Albaniya klubunun uğurları üçün çalışır.