kriminal.az
Sədr:

"Fond üçün illik indeksasiyanın maliyyə yükü 530 milyon manatdır. Bu vəsait DSMF-nin cari il üçün büdcəsində nəzərdə tutulub".

Kriminal.Az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.

O bildirib ki, bu rəqəm keçən il üçün əmək pensiyalarının maliyyələşməsinə sərf olunan vəsaitin təxminən 11 faiz üzərindədir:

"Yəni 795 milyon manat daha artıq vəsaitin ödənilməsi nəzərdə tutulur.

Əmək kapitallarının artırılması isə şəxsin topladığı sığorta kapitalı ilə yanaşı, onun kapitalının artımına dövlət tərəfindən də əlavə bir dəstəyi özündə ehtiva edir. Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 milyon manat ətrafındadır. Həyatın yığım sığortası ilə bağlı edilən dəyişikliklər illik təxminən 30-50 milyon manat arasındadır".

Məhərrəm Əliyev

Top
0.049391031265259