Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" doğma meydanda "Sumqayıt"la qarşılaşıb.
Kriminal.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda hesab açılmayıb.
Tərəflər arasında cavab matçı fevralın 27-də baş tutacaq.
Günün ilk qarşılaşmasında "Neftçi" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.
Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyununda "Neftçi" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.
Kriminal.Az xəbər verir ki, görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Əvvəlcə Ağadadaş Salyanski 35-ci dəqiqədə hesabı açıb, ardınca isə Yuri Matias 69-cu dəqiqədə fərqi ikiyə yüksəldib.
Xatırladaq ki, bu gün dörddəbir final mərhələsi çərvçivəsində daha bir görüş keçiriləcək. "Sabah" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunlarına sabaha keçiriləcək "Araz-Naxçıvan" "Zirə", "Səbail" "Qarabağ" görüşü ilə yekun vurulacaq. Cavab oyunları isə fevral ayının 27 və 28-də keçiriləcək.
Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına iki görüşlə start veriləcək.
Kriminal.Az xəbər verir ki, ilk oyun günündə "Kəpəz" klubu "Neftçi"ni saat 16:00-da, "Sabah" isə "Sumqayıt"ı saat 18:30-da qəbul edəcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin qalan iki oyunu fevralın 6-da keçiriləcək. "Araz-Naxçıvan" klubu "Zirə" ilə, "Səbail" isə "Qarabağ"la qarşılaşacaq. Cavab görüşləri isə fevralın 27 və 28-də keçiriləcək.
5 fevral
Azərbaycan Kuboku
¼ final mərhələsi
Saat 16:00, "Kəpəz" - "Neftçi" (Tovuz şəhər stadionu);
Saat 18:30, "Sabah" - "Sumqayıt" ("Bank Respublika Arena").