Əfqanıstan hakimiyyəti ölkədə qadınlar üçün olan yeganə radiostansiya - "Radio Begum"u bağlayıb və iki əməkdaşı həbs edilib.
Kriminal.Az xəbər verir ki, məlumatı CNN yayıb.
Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi radiostansiyanın ölkənin yayım siyasətini pozduğunu və lisenziyasından sui-istifadə etdiyini bildirib.
Hüquq-mühafizə orqanları radiostansiyanın əməkdaşlarından bütün avadanlıq və telefonları müsadirə ediblər.
Xatırladaq ki, radiostansiya "Taliban" hakimiyyətə gəlməmişdən beş ay əvvəl - 2021-ci ildə, Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayıb.