"USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib".
Kriminal.Az "İnterpressnews"a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Qazaxıstanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün ABŞ administrasiyası rəsmən Gürcüstan hökumətinin dediklərini təkrarlayır.
"2023-cü ilin yazından bəri bizim dediklərimizi bu gün ABŞ hökuməti rəsmi olaraq təkrarlayır. Biz deyirdik ki, USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib. Bütün bunlar ölkələrdə, xüsusilə Gürcüstanda inqilablar təşkil etmək, narahatlıq yaratmaq, sabitliyi pozmaq və s. məqsədlər üçün istifadə edilib. Əlbəttə ki, bütün bunlar əlavə araşdırma tələb edir.
Biz USAID-in fəaliyyətinin üç aylıq dayandırılmasına şadıq. Bizim üçün əsas odur ki, bu vəziyyət belə də qalsın. USAID-in bir daha heç vaxt ölkəmizdə sabitliyi pozmağa cəhd etməməsi, məsələn, səsvermə nəticələrinin saxtalaşdırılmasına çalışmaması və ya birbaşa inqilabi prosesləri dəstəkləməməsi çox vacibdir. Ümid edirik ki, təşkilatın işinin üç aylıq dayandırılması mexanizmi qüvvədə qalacaq", - deyə baş nazir bildirib.