İsrailin müdafiə naziri İsrael Kats Qəzza sakinlərinin anklavı könüllü olaraq tərk etmələrinə və dünyanın istənilən yerinə getmələrinə imkan verən planın hazırlanması ilə bağlı orduya göstəriş verib.
Kriminal.Az-ın "Ren TV"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu plana əsasən, Qəzza sakinləri dünyanın istənilən nöqtəsinə sərbəst şəkildə gedə biləcəklər.
"Mən ABŞ Prezidenti Donald Trampın cəsarətli planını alqışlayıram. Qəzza sakinlərinə bölgədən çıxış və immiqrasiya azadlığı verilməlidir, necə ki bütün dünyada belə qəbul edilib", - deyə İsrael Kats vurğulayıb.
Nazirin sözlərinə görə, planda ölkədən çıxış variantları müəyyən ediləcək. Qəzza sakinləri ölkəni quru yolu keçidləri, həmçinin dəniz və hava yolu ilə də tərk edə biləcəklər. Lakin bunun üçün xüsusi tədbirlər tətbiq olunacaq.