Filippinin cənubunda "Beech King Air 350" tipli şəxsi təyyarə qəzaya uğrayıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Filippin dövlət xəbər agentliyi məlumat verib.
Məlumata görə, qəza nəticəsində dörd nəfər həyatını itirib.
Bildirilir ki, təyyarə qəzası böyük yaşayış məntəqələrindən uzaqda baş verib. Hadisə yerinə ilk olaraq yaxınlıqdakı kəndlərin sakinləri gəliblər və həlak olanların cəsədlərini təyyarənin qalıqları altından çıxarıblar.
Filippin aviasiya rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar.