kriminal.az
Türkiyədə tarixi

Türkiyənin İstanbul şəhərinin Eminönü rayonunda yerləşən tarixi "Misir çarşısı" ərazisində yanğın baş verib.

Bu barədə Kriminal.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğın bazarın yanındakı binadakı restoranda meydana gəlib və təşvişə səbəb olub.

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və sağlamlıq qrupları göndəriliblər.

Qısa zamanda yanğın nəzarət altında alınıb. Ölən və yaralanan olmayıb.

Türkiyədə tarixi "Misir çarşısı" ərazisində yanğın olub

Top
0.04759693145752