kriminal.az
Gürcüstan USAID-i vəziyyəti sabitsizləşdirən təşkilatları maliyyələşdirməkdə ittiham edir

Gürcüstanın çox vaxt ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatlarının (QHT) ölkədə vəziyyəti laxlatmağa cəhddə əli olub və bu gün də olmaqdadır.

Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Gürcüstanda ən zəngin QHT-lər var, ölkədə inqilab etmək üçün onlardan birbaşa istifadə ediblər. Bu proses bu gün də davam edir", - deyə o bildirib.

İ.Kobaxidze nümunə qismində USAID-in maliyyələşdirdiyi yerli "Ədalətli seçkilər və demokratiya üzrə beynəlxalq cəmiyyət" QHT-ni göstərib. Baş nazir iddia edir ki, bu təşkilat 2020-ci ilin parlament seçkisində səsvermənin yekunlarının paralel hesablanmasının nəticələrini təhrif edib, bu da cəmiyyətdə təlatümü təhrik etməli idi.

Gürcüstan hökumətinin başçısı həmçinin söyləyib ki, xarici dövlətlərin səfirləri respublikanın daxili işlərinə qarışmağı artıq dayandırıblar: "Dərin dövlət"in təlimatlarına riayət edən konkret səfirlər var. Ölkəmizdə buna həmişəlik son qoyulmalıdır".

Top
0.048315048217773